Məlumatlarınız necə qorunur
Nəbz biznesinizin satış datası ilə işləyir. Bu səhifədə həmin datanı necə əldə etdiyimizi, saxladığımızı və qoruduğumuzu açıq yazırıq.
Yalnız baxış icazəsi
Kassa sisteminizə (məsələn, iiko) admin girişi ilə yox, yalnız hesabatlara baxa bilən ayrıca istifadəçi ilə qoşuluruq. Bu istifadəçi ilə satışlarda, menyuda və ya qiymətlərdə heç nə dəyişdirmək mümkün deyil.
Giriş məlumatları şifrəli saxlanılır
Kassa sisteminə qoşulmaq üçün verdiyiniz login və şifrə verilənlər bazasında şifrələnmiş şəkildə saxlanılır. Onları yalnız gündəlik yeniləmə prosesi istifadə edir. Nəbz-ə daxil olan heç bir istifadəçi, o cümlədən sizin öz hesabınız, onları görə bilmir.
Müştərilərinizin şəxsi məlumatları alınmır
Müştərilərinizin adlarını, telefon və kart nömrələrini kassa sistemindən çəkmirik və saxlamırıq. Yalnız gün, filial və məhsul üzrə toplanmış rəqəmlər saxlanılır: gəlir, satış sayı və sifariş sayı.
Hər şirkət yalnız öz datasını görür
Datalar şirkətlər arasında verilənlər bazasının öz qaydaları ilə ayrılıb. Hesabınızla daxil olduqda yalnız öz şirkətinizin rəqəmləri göstərilir, başqa şirkətin datasına sorğu göndərmək mümkün deyil.
Şifrələnmiş əlaqə
Nəbz-ə giriş yalnız HTTPS ilə, şifrələnmiş əlaqə üzərindən olur.
Girişi istənilən vaxt bağlaya bilərsiniz
Kassa sisteminizdə bizim üçün yaratdığınız istifadəçini silsəniz, Nəbz datanızı artıq yeniləyə bilməz. Bunun üçün bizdən icazə almağa ehtiyac yoxdur.
Hansı xidmətlərdən istifadə edirik
Nəbz-in datası Supabase verilənlər bazasında saxlanılır, veb-tətbiq Vercel-də yerləşir, gündəlik yeniləmə GitHub Actions üzərində işləyir.
Təhlükəsizliklə bağlı sualınız varsa, info@analitik.az ünvanına yazın.
